Saytımızı qiymətləndirin


 
 

KİV: Almaniyanın kimya sənayesi enerji qiymətləri səbəbindən təzyiq altındadır
Tarix: 27-10-2025 | Saat: 08:57
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Almaniyanın kimya sənayesi enerji qiymətləri səbəbindən təzyiq altındadır


Almaniyanın kimya sənayesi enerji qiymətlərinin və Avropa İttifaqının karbon sertifikatları ilə bağlı tənzimləmələrinin artması səbəbindən ciddi iqtisadi təzyiq altına düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazıb.

Məlumata görə, sənaye üçün strateji əhəmiyyət daşıyan Reyn və Rur bölgələrində yerləşən bir sıra zavodlar bağlanma təhlükəsi ilə üzləşib.

Nəşr qeyd edir ki, beynəlxalq kimya konserni Ineos yaxın günlərdə Şimali Reyn-Vestfaliya əyalətinin Vezen bölgəsindəki iki zavodun bağlanacağını elan edib.

Bu qərar nəticəsində 175 nəfərin iş yeri ixtisar olunacaq. Şirkət yay aylarında Rekklinqhauzen bölgəsindəki müəssisənin fəaliyyətini dayandıracağını da açıqlayıb.

Bu isə 2027-ci ilin sonunadək daha 280 iş yerinin ləğv olunması deməkdir.

“Die Welt” yazır ki, polad sənayesində olduğu kimi, kimya sektoru da Asiya ölkələrindən gələn ucuz məhsulların rəqabət təzyiqi altındadır. Asiyada enerji resurslarının qiyməti daha aşağıdır və karbon emissiyalarına görə qiymət tənzimləməsi tətbiq edilmir.

Bu faktar da Almaniya sənayesinə əlavə iqtisadi yük yaradır və onun beynəlxalq rəqabət qabiliyyətini zəiflədir.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər