Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda çox sayda mərmi aşkarlandı
Tarix: 19-09-2022 | Saat: 15:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

 

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluq və  Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərindən verilən birgə məlumatda bildirilib.

 

Qeyd edilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.


Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56mm-lik raket mərmisi, 1 ədəd 70mm-lik raket mərmisi, 6 ədəd 122mm-lik OF-56 top mərmisi, 1 ədəd 152mm-lik OF-29 top mərmisi, 1 ədəd 125mm-lik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.


Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.


Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Hazırda faktla bağlı araşdırma aparılır.

 



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər