Saytımızı qiymətləndirin


 
 

Gürcü nazir Qara dəniz sualtı kabelinin əhəmiyyətindən danışıb
Tarix: 21-10-2025 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər

Mariam Kvrivişvili

 

“Gürcüstan bütün nəqliyyat növləri üzrə əhəmiyyətli infrastruktur layihələri həyata keçirir, regiondaxili və regionlararası əlaqəni yaxşılaşdırır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BƏƏ-nin “Gulf News” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu layihələrə Anaklia dərin dəniz limanı, Tbilisidə yeni hava limanı, Şərq-Qərb avtomobil yolu, dəmir yolunun modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və müasir logistika mərkəzlərinin inkişafı daxildir.

Nazir Qara dəniz sualtı elektrik kabelinin əhəmiyyətindən də danışıb. O bildirib ki, bu layihə Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz regionu arasında tranzit imkanlarını artıracaq, Aİ-nin enerji balansının şaxələndirilməsində Gürcüstanın rolunu gücləndirəcək.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər