Ana Sayfa > Karusel / Region > Gürcü nazir Qara dəniz sualtı kabelinin əhəmiyyətindən danışıb
Gürcü nazir Qara dəniz sualtı kabelinin əhəmiyyətindən danışıbBu gün, 10:50. Yazar: Admin |
“Gürcüstan bütün nəqliyyat növləri üzrə əhəmiyyətli infrastruktur layihələri həyata keçirir, regiondaxili və regionlararası əlaqəni yaxşılaşdırır”. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BƏƏ-nin “Gulf News” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu layihələrə Anaklia dərin dəniz limanı, Tbilisidə yeni hava limanı, Şərq-Qərb avtomobil yolu, dəmir yolunun modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və müasir logistika mərkəzlərinin inkişafı daxildir. Nazir Qara dəniz sualtı elektrik kabelinin əhəmiyyətindən də danışıb. O bildirib ki, bu layihə Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz regionu arasında tranzit imkanlarını artıracaq, Aİ-nin enerji balansının şaxələndirilməsində Gürcüstanın rolunu gücləndirəcək. Geri dön |