ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinə baxılmasını Rusiya lideri Vladimir Putinlə prezident Donald Trampın görüşünə qədər təxirə salıb.
Qarabaginfo.az Bloomberg -ə istinadən bildirir ki, bu barədə Senatda Respublikaçıların əksəriyyətinin lideri Con Tun məlumat verib.
“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsi hazırda saxlanılır, lakin Trampın gündəmində qalır”, – Tun vurğulayıb.