Saytımızı qiymətləndirin


 
 

2021-ci ilin ilk hava proqnozu
Tarix: 31-12-2020 | Saat: 12:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

2021-ci ilin ilk hava proqnozu

Sabah yanvarın 1-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a daxil olan xəbərə görə, gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  

8-10, Bakıda gecə 4-6, gündüz  8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  

gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. 



Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər