Saytımızı qiymətləndirin


 
 

Rusiya Zaporojye AES-i Ukrayna elektrik şəbəkəsindən ayırdı –Kiyev şokda: "Bu nüvə oğurluğudur"
Tarix: 13-10-2025 | Saat: 11:23
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya Zaporojye Atom Elektrik Stansiyasını Ukrayna şəbəkəsindən ayırıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bu barədə X sosial media platformasında məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın zəbt etdiyi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası üç həftədir ki, işıqsız qalıb. Hazırda stansiya Rusiya şəbəkəsinə inteqrasiyasını yoxlamaq üçün Ukrayna şəbəkəsindən ayrılıb. “Nüvə energetikası tarixində heç vaxt belə bir aksiya həyata keçirilməyib”, – nazir əlavə edib.

“Bu, sadəcə olaraq Ukraynanın dinc nüvə obyektini oğurlamaq cəhdi deyil. Rusiyanın “Rosatom” şirkətinin icazəsiz hərəkətləri beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi protokollarını pozur, Ukrayna lisenziyasına ziddir və nüvə insidentini birbaşa təhdid edir”, – Sibiqa yazıb.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər