Saytımızı qiymətləndirin


 
 

Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib
Tarix: 08-10-2025 | Saat: 14:31
Bölmə:Karusel / Region | çapa göndər

Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib

“Tbilisidə Prezident sarayına zorakı basqından dörd gün keçsə də, heç bir qurum və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və konkret Aİ ölkələri gürcü xalqının seçdiyi hakimiyyəti devirmək cəhdini pisləyən bəyanatla çıxış etməyib”.

Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ, ATƏT/DTİHB və digər qurumların verdiyi bəyanatlar zorakılığa dəstəyin dolayı, lakin aydın ifadəsi kimi şərh edilə bilər.

İ.Kobaxidze Avropa Xalq Partiyasının (AXP) Aİ-ni Bidzina İvanişvili və hakim komanda üzvlərinə sanksiya tətbiq etməyə çağırışına da münasibət bildirib. Baş nazir deyib ki, AXP-nin bu çağırışı Avropa bürokratiyasının Aİ-ni hansı fəlakətə gətirib çıxardığını aydın göstərir.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər