Ana Sayfa > Karusel / Region > Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib
Kobaxidze Gürcüstanda çevriliş cəhdinin pislənilməməsini tənqid edib8-10-2025, 14:31. Yazar: Admin |
“Tbilisidə Prezident sarayına zorakı basqından dörd gün keçsə də, heç bir qurum və ya dövlət, o cümlədən ABŞ, Avropa İttifaqı və konkret Aİ ölkələri gürcü xalqının seçdiyi hakimiyyəti devirmək cəhdini pisləyən bəyanatla çıxış etməyib”. Qarabaginfo.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib. Onun sözlərinə görə, Aİ, ATƏT/DTİHB və digər qurumların verdiyi bəyanatlar zorakılığa dəstəyin dolayı, lakin aydın ifadəsi kimi şərh edilə bilər. İ.Kobaxidze Avropa Xalq Partiyasının (AXP) Aİ-ni Bidzina İvanişvili və hakim komanda üzvlərinə sanksiya tətbiq etməyə çağırışına da münasibət bildirib. Baş nazir deyib ki, AXP-nin bu çağırışı Avropa bürokratiyasının Aİ-ni hansı fəlakətə gətirib çıxardığını aydın göstərir. Geri dön |