Saytımızı qiymətləndirin


 
 

Putin: "Tomahawk"ların Ukraynaya tədarükü döyüş meydanında heç nəyi dəyişməyəcək
Tarix: 03-10-2025 | Saat: 08:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin: "Tomahawk"ların Ukraynaya tədarükü döyüş meydanında heç nəyi dəyişməyəcək

"Tomahawk" qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü döyüş meydanında heç nəyi dəyişməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir putin Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bir vaxtlar Ukrayna ordusunun əlində ATACMS raketləri olub və Rusiya onları necə vurmağı öyrənib.

Putin bildirib ki, "Tomahawk"ların Kiyevə çatdırılması baş versə belə, xüsusi hərbi əməliyyat zonasında qüvvələr balansını dəyişməyəcək.

Putin qeyd edib ki, Ukrayna ordusunu nə qədər silahla təmin etsələr də, bunu nəticəsi olmayacaq: "Ukrayna Silahlı Qüvvələrini nə qədər dron ilə təmin etsəniz də, şəxsi heyət yoxdursa orada döyüşəcək heç kim yoxdur".

Rusiya prezidenti vurğulayıb ki, ABŞ-ın iştirakı olmadan "Tomahawk"lardan istifadə mümkün deyil. O, "Tomahawk" tədarükləri ilə bağlı bəyanatları təhlükəli adlandırıb və bunun ABŞ ilə münasibətlərə xələl gətirəcəyini vurğulayıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər