Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski 2024-cü ildə Rusiya Federasiyası prezidentliyinə mümkün namizədlərin adlarını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, "Rusiya 1" telekanalının efirində çıxış edən partiya sədrinin fikrincə, bu vəzifəyə namizədlər Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Federasiya Şurasının sədri Valentina Matvienko və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ola bilər.
Jirinovski özü də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. (publika.az)