Saytımızı qiymətləndirin


 
 

QMİ-nin sədri Allahşükür Paşazadə ABŞ-a səfər edəcək
Tarix: 30-09-2025 | Saat: 14:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Picture background

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Bu barədə Qarabaginfo.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Qeyd edilib ki, ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A. Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur. QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər