Saytımızı qiymətləndirin


 
 

“Onların xiyabanı siyasi mübarizə meydanına çevirməsi...”
Tarix: 30-09-2025 | Saat: 12:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

onlarin-xiyabani-siyasi-mubarize-meydanina-cevirmesi

“Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasda bildirib. 

“Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır.

Tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu zəruri edir”, - deyə komitə sədri qeyd edib.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər