Saytımızı qiymətləndirin


 
 

Ben Ladenin Amerikanı və rok musiqisini sevən rəssam oğlu –FOTO
Tarix: 29-09-2025 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər

“Al-Qaidə”nin rəhbəri Usamə bin Ladenin çoxsaylı övladlarından biri olan Ömər bin Laden məhşur atasından çox fərqli bir həyat yaşayır.

Qarabaginfo.az bildirir ki, 1981-ci ildə anadan olan Ömər gənc yaşlarında Əl-Qaidə liderinin yaxın çevrəsindən qopmazdan əvvəl qismən Sudan və Əfqanıstanda böyüyüb. Ekstremizmdən uzaqlaşaraq bir müddət Səudiyyə Ərəbistanında, İranda, sonra isə Avropada yaşayıb.

Ömər böyüdükcə ağır metal-rok heyranına çevrilib, dəri gödəkçələr geyinərək və saçlarını uzadaraq tamamilə fərqli bir imicdə gəzir. Rəssamlığa həvəs göstərən Ömər xüsusən də filmlərdən və pop mədəniyyətindən ilhamlanaraq peyzajlarında Qərb mənzərələri və Amerika səhnələri çəkir.

Onun atların, səhranın və sərhədin nostalji təsvirlərini əks etdirən əsərləri həm azadlığa olan heyranlığını, həm də ailəsinin irsindən fərqli şəxsiyyət tapmaq cəhdini əks etdirir.

Maraqlıdır ki, Ömər bir dəfə Böyük Britaniyada yeni həyata başlamaq ümidi ilə sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. O, bu gün də rəsm çəkməyə davam edir. Hərdən həyatı ilə bağlı müsahibələr verir, atasının adı ilə deyil, sənəti ilə tanınmaq istəyini vurğulayır.

 



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər