Saytımızı qiymətləndirin


 
 

YAP-çıdeputatdan çağırış - Qarabağda müəyyən təxribatlar baş verir
Tarix: 28-12-2020 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

 

 Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov  əhalinin orada məskunlaşması zamanı  təxribatların olmayacağını da söyləyib:

 

“Biz təkcə sülhməramlılara arxayın olmamalılyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri 1 il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.

 

Deputat bildirib ki, bu insanlar vətən üçün, xalq üçün döyüşüb:

 

“Biz maddiyyatı onlardan üstün tutmamalıyıq. Hər bir azərbaycanlının arzusu ərazi bütövlüyümüzü təmin etməkdir. Biz bu istiqamətdə çalışmamalıyıq.Dərsliklərimizi də bu istiqamətdə yazmalıyıq. Onlar ən yüksək təminata layiqdirlər”.



Xəbəri paylaş

300 dəfə oxunub.

Digər xəbərlər