Tarix: 15-07-2024 | Saat: 13:02
Bölmə:Karusel / Region | çapa göndər
Moskvanın Basmannı məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş sədri Valentin Nalivayçenko və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenkonu hərbi cinayətlər işi üzrə qiyabi həbs edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkəmə istintaqın vəsatətinə baxaraq, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsi (müharibənin aparılmasında qadağan olunmuş üsullardan istifadə) ilə təqsirləndirilən və daha əvvəl beynəlxalq axtarışa verilmiş Aleksandr Litvinenko və Valentin Nalivayçenko barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd olunub ki, qərar təqsirləndirilən şəxslərin Rusiya Federasiyasına ekstradisiya edildiyi və ya Rusiya ərazisində saxlandığı andan qüvvəyə minir.
Digər xəbərlər