Tarix: 23-09-2025 | Saat: 10:54
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
İnfrastruktur layihələrinin uğuru üçün altı əsas amil lazımdır.
Qarabaginfo.az xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Asiya İnkişaf Bankının Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal deyib.
O bildirib ki, birincisi, dövlətlərin iri infrastruktur ehtiyaclarını yalnız büdcə vəsaiti hesabına qarşılaya bilməyəcəkləri qəbul edilməlidir:
"İkincisi, investisiyaların cəlb olunması üçün düzgün hüquqi və tənzimləyici mühitin yaradılması zəruridir.
Üçüncüsü, layihələrin maliyyə qurumları üçün səmərəli və dayanıqlı formada hazırlanması vacibdir.
Dördüncüsü, investor marağını təmin etmək üçün layihələrin düzgün təqdimatı və bazar konsultasiyası aparılmalıdır.
Beşincisi, yerli podratçıların potensialı nəzərə alınmalı və layihələrin icrası üçün lazımi imkanlar yaradılmalıdır.
Altıncısı, özəl kapitalın səfərbər edilməsi və maliyyə risklərinin azaldılması istiqamətində beynəlxalq maliyyə institutlarının imkanlarından istifadə olunmalıdır".
Digər xəbərlər