Saytımızı qiymətləndirin


 
 

Büdcədə səhiyyə xərcləri ixtisar olunub
Tarix: 13-09-2025 | Saat: 21:10
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Picture background

2025-ci il dövlət büdcəsində səhiyyə xərcləri əvvəlki təsdiq olunmuş göstəriciyə nisbətən azaldılıb.

Təsdiq olunmuş 1 993,6 milyon manata qarşı, səhiyyə üçün ayrılan vəsait 1 969,7 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 23,9 milyon manat və ya 1,2% azalma deməkdir.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dəyişiklik dövlət büdcəsinin xərclərində ümumi ixtisarlar çərçivəsində həyata keçirilir. Səhiyyə xərcləri əsasən xəstəxanaların saxlanması, tibb mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi, tibbi tədqiqatlar və digər tibbi xidmətlərə yönəldiləcək.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər