Məşhur Azərbaycan neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyev barədə növbəti filmin anonusu yayılıb.
Qarabaginfo.az bildirir “Tağıyev. Sona” adlanacaq film Hacı ilə həyat yoldaşı Sona Ərəblinskayanın məhəbbət hekayətini təqdim edəcək.
Xatırladaq ki, 2024-cü ildə bu silsilənin başlanğıcı olan “Tağıyev:Neft” filmi təqdim edilib.
Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii film 2025-ci ildə Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edilib.
Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun formalaşmasına verdiyi töhfələr diqqət mərkəzindədir. Film Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini daha dərindən araşdırmaq və onun Azərbaycan tarixində oynadığı rolu təbliğ etmək məqsədi daşıyır.
Daha bir film “Tağıyev: Çar” adlanır. 4 hissəli “Tağıyev” filminin ikinci hissəsi olan bu film Bakı Media Mərkəzinin istehsalıdır. Film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir.
