Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynada Neft Zavoduna “İsgəndər” və PUA-lara zərbə endirib
Tarix: 19-08-2025 | Saat: 13:04
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya Silahlı Qüvvələri Ukraynada Kremençuq Neft Emalı Zavoduna zərbə endirib.

Qarabaginfo.az bildirir ki, zavoda  iki X-101 raketi, dörd “İskəndər” və “Geran” PUA -ları ilə vurulub.

2022-ci ildə Kremençuq Neft Emalı Zavodu Ukraynada fəaliyyət göstərən yeganə neft emalı zavodu idi. Rusiya ordusu zavoda ilk hücumu müharibənin başlandığı ilk vaxtda etmişdi. Ukrayna Silahlı Qüvvələrinə benzin və dizel yanacağı da məhz oradan verilib. Neft emalı zavodu Donbassdakı Ukrayna qruplarını yanacaqla təmin edirdi.

Kremençuq Neft Emalı Zavodunda baş verən irimiqyaslı yanğın hələ də söndürülməyib və tüstü kosmosdan görünür. Külək tüstünü Krivoy Roqa qədər aparıb.

Bu müəssisədə Azərbaycana aid Azeri Light markalı neft təkrar emal olunurdu. Bu zərbənin məqsədyönlü olması şübhəszidr.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər
21-04-2021, 09:59 Şuşada 8 may paradı