Saytımızı qiymətləndirin


 
 

Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır
Tarix: 26-01-2022 | Saat: 09:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır

Astarada ərinin əmisi arvadını qətlə yetirməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işnin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Astara rayonunun Şəmətük kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü G. Ağayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ərinin əmisi arvadı, 1961-ci il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürüb.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər