Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb
Tarix: 21-12-2020 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər

Azərbaycanda Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.

Qarabaqinfo.az-in məlumatına görə, Standartlaşdırma üzrə Dövlət Fondu müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur. Fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.

Fondun resursları istehsalla məşğul olan yerli sahibkarlıq subyektlərinə elmin, texnikanın və  texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər. Bu da öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhfə verəcək.

Qanunvericiliyin tələblərinə görə texniki tənzimləmənin şamil olunduğu istehlak mallarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri üçün Fondda saxlanılan standartların və digər normativ sənədlərin icrası məcburidir. Standartların tələblərinə cavab verməyən malların satışı qadağandır və bu hal istehlakçı hüquqlarının pozulmasa hesab olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə 1,5 min manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslərə 4 min manatdan 6 min manatadək inzibati cərimə tətbiq olunur.



Xəbəri paylaş

405 dəfə oxunub.

Digər xəbərlər