Saytımızı qiymətləndirin


 
 

Gələn il büdcədən Milli Onkologiya Mərkəzinə 45,6 milyon, Milli Oftalmologiya Mərkəzinə isə 8,2 milyon manat ayrılması nəzərdə tutulur
Tarix: 21-12-2020 | Saat: 14:06
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Gələn il büdcədən Milli Onkologiya Mərkəzinə 45,6 milyon, Milli Oftalmologiya Mərkəzinə isə 8,2 milyon manat ayrılması nəzərdə tutulur

 

Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində Milli Onkologiya Mərkəzinə 45,6 milyon manat vəsait nəzərdə tutulub.

Qarabaqinfo.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, həmçinin ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2021-ci ilin dövlət büdcəsində 8,2 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 0,1 milyon manat və ya 0,6 faiz çoxdur.



Xəbəri paylaş

381 dəfə oxunub.

Digər xəbərlər