Saytımızı qiymətləndirin


 
 

Paşinyan: KTMT-nin addımları Ermənistanın maraqlarına uyğun gəlmir
Tarix: 24-11-2023 | Saat: 17:01
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan: KTMT-nin addımları Ermənistanın maraqlarına uyğun gəlmir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) addımları Ermənistanın maraqlarına uyğun gəlmir.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin KTMT-dən çıxmaq barədə qərar verməməsinin səbəblərini açıqlayarkən deyib.

Paşinyanın fikrincə, hazırda hər hansı qərar verilmir və bu məsələdə hökumət ilk növbədə Ermənistanın maraqlarından çıxış edir.

Ermənistan hökumətinin rəhbəri bildirib ki, təşkilatın addımları ölkənin maraqlarına uyğun gəlmir və hökumət bu məsələni açıq şəkildə qaldırıb, əhali arasında sual yaranmaması üçün öz mövqeyini açıq şəkildə ifadə edir:

“Biz KTMT-yə mövqeyimizi çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhvə yol verə bilmərik. KTMT-ni tərk etməklə bağlı Ermənistanın maraqlarına uyğun olaraq bu və ya digər qərarların qəbul edilməsi üçün siyasi iradə var.

Niyə hələ də qərar verilməyib? Biz Ermənistanın dövlət maraqlarından çıxış edəcəyik. Siyasi iradə olmasaydı, müəyyən bəyanatlar verməzdik.

Bizim sübutlarımız onu deməyə əsas verir ki, KTMT-nin fəaliyyətsizliyi və ya atdığı addımlar KTMT-nın Ermənistan qarşısında götürdüyü öhdəliklərə, Ermənistanın maraqlarına cavab vermir.

Biz ilk vaxtlarda bu barədə ictimaiyyətə açıqlama vermədik, lakin sonra hamısını açıq elan etdik. KTMT-dəki tərəfdaşlarımız da bizi başa düşməlidirlər. Əgər KTMT üzvləri onlara lazım olan yardımı və dəstəyi ala bilmirsə, eyni zamanda, təşkilata üzvlük digər tərəflərdən kömək almaq üçün maneə yaradırsa, o zaman biz öz maraqlarımıza əsaslanaraq qərar verməliyik”, - Ermənistan hökumətinin başçısı əlavə edib.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər