Saytımızı qiymətləndirin


 
 

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub
Tarix: 21-12-2020 | Saat: 12:24
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub

2021-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub.

Qarabaqinfo.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri isə 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.



Xəbəri paylaş

338 dəfə oxunub.

Digər xəbərlər