Saytımızı qiymətləndirin


 
 

Onlar Qarabağ Universitetindən ayrıldı 
Tarix: 05-08-2025 | Saat: 16:06
Bölmə:Karusel / Təhsil | çapa göndər

onlar-qarabag-universitetinden-ayrildi

Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova işdən çıxıb.

Qarabaginfo.az “Manşet.az”a istinadən xəbər verir ki, o, öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib.

Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilir. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. 

Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. N.İsmayılova isə bu vəzifəyə ötən ilin iyulunda təyinat almışdı. 

***

“Teleqraf”ın məlumatına görə, Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva da öz ərizəsi ilə işdən azad olunub.

A.Quliyeva da universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər