Saytımızı qiymətləndirin


 
 

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Tarix: 30-07-2025 | Saat: 15:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 vilayet-eyvazov-astarada-454-vetendasi-dinledi

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 29-da və 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Qrabaginfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nazir əvvəlcə Astara rayonundakı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 454 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Sonda general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların hərbi hissəsinin sıra meydanında polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 297 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər