Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova beynəlxalq təşkilatlara müraciət etdi
Tarix: 14-07-2020 | Saat: 18:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Sahibə Qafarova beynəlxalq təşkilatlara müraciət etdi

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərinə müraciətlər ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərib: "Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görmüş və nəticədə Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilib. Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirmiş, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə alıb". 

Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir. 



Xəbəri paylaş

370 dəfə oxunub.

Digər xəbərlər