Saytımızı qiymətləndirin


 
 

“Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil” - Rusiya MN
Tarix: 16-12-2020 | Saat: 23:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya sülhməramlılarının əsl məramı nədir? (VIDEO)

 

“Qarabağda rusiyalı sülhməramlıların mühasirəyə alınması haqqında məlumat həqiqətə uyğun deyil”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Qarabağda tərəflərdən birinin rusiyalı sülhməramlıları mühasirəyə alması haqqında məlumat həqiqətə uyğun deyil. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı bütün bölmələri həm müşahidə məntəqələrində, həm də atəşkəs rejiminə riayət olunmasına nəzarət zamanı tapşırıqları müntəzəm rejimdə yerinə yetirirlər”, - deyə nazirliyin məlumatında bildirilir.

Həmçinin, vurğulanıb ki, Rusiyanın sülhməramlı kontingenti qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahları ilə birbaşa rabitə kanalları ilə fasiləsiz qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısının alınmasında iştirak edir.

Rusiya MN xatırladıb ki, sülhməramlılar Qarabağda Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasındakı razılaşmalara uyğun olaraq fəaliyyət göstərir.

Nazirlik əlavə edib ki, atəşkəs bütün təmas xəttində müşahidə olunur.



Xəbəri paylaş

523 dəfə oxunub.

Digər xəbərlər