Saytımızı qiymətləndirin


 
 

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır
Tarix: 25-07-2025 | Saat: 15:32
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Picture background

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Qarabaginfo.az-a Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov məlumat verib.

Onun sözlərinə görə, Arif Babayev dünən axşam xəstəxanaya gətiriləndən bəri reanimasiya şöbəsindədir:

“Hələlik vəziyyəti ağır olaraq qiymətləndirilir. Vəziyyətində ciddi dəyişiklik müşahidə olunmur”.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər