Çin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sonuncu – on səkkizinci sanksiya paketinə etiraz edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Nazir Vang Ventaonun Aİ-nin ticarət komissarı Maroş Şefçoviçlə videokonfransı zamanı Çin tərəfi rəsmi şəkildə narahatlığını bildirib. Etirazın səbəbi sanksiyalar paketinə iki Çin maliyyə qurumunun daxil edilməsidir.
Qeyd edək ki, Avropa İttifaqı ötən həftə təsdiqlədiyi yeni sanksiya paketi çərçivəsində əlli beş hüquqi və fiziki şəxsi hədəf alıb. Onların arasında Çin, Rusiya və digər ölkələrin nümayəndələri yer alır.
Tərəflər görüş zamanı həmçinin Çin ilə Aİ arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərini də müzakirə ediblər. Pekin bildirir ki, sanksiyalar üçüncü ölkələrin maraqlarına ziddir və ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər.