Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək
Tarix: 28-05-2023 | Saat: 14:06
Bölmə:Karusel / Manşet | çapa göndər

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq.Nisbi rütubət 55-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər
21-02-2022, 18:45 Bəzi yollarda duman olacaq