ABŞ prezidenti Donald Tramp ölkəsinin Yaponiya ilə tarixdəki ən iri ticarət sazişini imzaladığını açıqlayıb.
Qarabaginfo.az bildirir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
Sazişə əsasən, tərəflər avtomobil, kənd təsərrüfatı məhsulları və düyü də daxil olmaqla bir sıra mallar üzrə qarşılıqlı olaraq on beş faiz gömrük rüsumları tətbiq edəcək.
Trampın sözlərinə görə, bu müqavilə ABŞ-da yüz minlərlə yeni iş yerinin yaradılmasına şərait yaradacaq və əldə edilən gəlirin doxsan faizi Amerikanın iqtisadiyyatında qalacaq.
Saziş çərçivəsində Yaponiyanın ABŞ iqtisadiyyatına ümumilikdə 550 milyard dollar investisiya yatıracağı qeyd olunur.
Qeyd edək ki, iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsi iki yüz iyirmi yeddi milyard doqquz yüz milyon dollar təşkil edib. Bu dövrdə Yaponiyadan ABŞ-a ixracat Amerikanın Yaponiyaya satışını təxminən iki dəfə üstələyib.