Rusiya prezidenti Putin barədə çəkilmiş “Kremldəki sehrbaz” bədii filminin ilk kadrları yayımlanıb.
Qarabaginfo.az bildirir ki, afişa filmin nümayiş olunacağı Venesiya Film Festivalının mətbuat xidməti tərəfindən dərc edilib.
Prezident Putin rolunda Cud Lou çəkilib.
“Kremldəki sehrbaz” italyan yazıçısı Giuliano da Empolinin kitabı əsasında çəkilmiş siyasi trillerdir.
Film fransız rejissoru Olivye Assayas tərəfindən çəkilib. Əsas diqqəti Vladimir Putinin yüksəlişinə yönəldərək, postsovet Rusiyanın mürəkkəb siyasi mənzərəsindən bəhs edir.
Film 90-cı illərin əvvəllərində Rusiyada baş verir. Baş qəhrəman Vladimir Putinin siyasi strateqinə çevrilən və əlində böyük nüfuzu cəmləyən televiziya prodüseri Vadim Baranovdur (posterdə təsvir olunan Pol Dano). Baranovun prototipi Putinin keçmiş köməkçisi Vladislav Surkov hesab olunur.
Filmdə həmçinin Alisiya Vikander, Zak Qalifianakis və başqa ulduzlar çəkilib.