Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq”
Tarix: 22-07-2025 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

azerbaycan-rehberliyinin-ukrayna-ile-bagli-movqeyinden-xeberdariq

“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri pozmamalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

O bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacağına ümid etdiyini bildirib: “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edirdi. Biz əvvəldən onunla razılaşmırdıq.

Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacaq. Mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər
5-10-2022, 12:44 Sabahın hava proqnozu