Tarix: 17-11-2023 | Saat: 14:23
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 90 781,9 min ABŞ dolları dəyərində 94 909,51 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.
Qarabaginfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 24,3%, həcmi isə 27,4% azalıb.
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,35% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.
Digər xəbərlər