Saytımızı qiymətləndirin


 
 

Ermənistan mətbuatı general Qaramyanı TAPA BİLMİR
Tarix: 16-10-2023 | Saat: 16:36
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan mətbuatı general Qaramyanı TAPA BİLMİR

 

Ermənistan mətbuatı Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi”, general-leytenant Arşavir Qaramyanın yoxa çıxdığını yazır.
 

Qarabaginfo.az saytı xəbər verir ki, “Ermənistanın səsi” qəzetinin məlumatına görə, Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra Arşavir Qaramyanın taleyi barədə heç nə məlum deyil. Media onun harada olduğunu araşdırmağa çalışsa da, heç bir xəbər əldə edə bilməyib.

Qəzet yazır ki, Qaramyanın Qarabağdan Ermənistana keçib-keçmədiyi, ya da Azərbaycanda həbs olunub-olunmadığı haqda dəqiq informasiya yoxdur.
 

Bundan əvvəl Arşavir Qaramyanın sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqsində saxlanıldığı barədə qeyri-rəsmi məlumat yayılsa da, xəbər öz təsdiqini tapmamışdı.
 

Arşavir Surenoviç Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olub.

Birinci Qarabağ müharibəsində fəal iştirak edən A.Qaramyan 1990-cı ildə Qarabağda “Arşo” batalyonu kimi tanınan könüllü dəstə yaradıb. Bu dəstə zaman-zaman azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edib.

A.Qaramyan 1992–1996-cı illərdə isə Qarabağdakı qanunsuz erməni ordusunun batalyon komandiri olub. 26 fevral 1992-ci ildə Xocalı soyqırımının iştirakçısı və təşkilatçıları sırasında yer alıb.

Arşavir Qaramyan 1991–1994-cü illərdə Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak edib.

1999–2004-cü illərdə qondarma “Dağlıq Qarabağ respublikası daxili işlər nazirinin müavini” vəzifələrində çalışıb.

Sonralar xunta rejiminin “polis idarəsinin rəisi”, “baş prokuroru” vəzifələrini tutub.

2019-2020-ci illərdə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olub.

Arşavir Qaramyan Birinci Qarabağ müharibəsində azərbaycanlı hərbi əsirlərə dəhşətli işgəncələr verməsilə də yadda qalıb.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər