Saytımızı qiymətləndirin


 
 

Nazir Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib
Tarix: 19-07-2025 | Saat: 11:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Nazir Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

 



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər