Saytımızı qiymətləndirin


 
 

Aİ Karen Şahnazarova və 22 Rusiya bankına sanksiya qoyub –ADLAR
Tarix: 19-07-2025 | Saat: 11:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 18-ci paketi çərçivəsində 22 bank məhdudiyyətlərə məruz qalıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Kommersant qeyd edib.

Onların arasında T-Bank, Surgutneftegazbank, Yandex-bank və Ozon-bank var.

Sanksiyaya məruz qalan kredit təşkilatlarının siyahısı Aİ-nin rəsmi jurnalında verilib.

Siyahıda həmçinin Bank Sankt-Peterburq, Bank CentroCredit, Metcombank, Severgazbank, Genbank, Bystrobank, Energotransbank, Tatsotsbank, Finam, Zenit, Expobank, Loko-bank, Bank DOM.RF, Transstroibank, SME Bank, Lanta-bank, Bank 131, RostFinance Bankın adları var.

Həmçinin 18 fiziki və 41 hüquqi şəxsə münasibətdə məhdudiyyətlər tətbiq edilib. Onların arasında “Mosfilm”in baş direktoru Karen Şahnazarov, “Polymer” ASC və “Rubin NPO” var.

Aİ həmçinin Rusiyanın dəniz neftinin qiymət tavanını bir barel üçün 60 dollardan 47,6 dollara endirib.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər