Saytımızı qiymətləndirin


 
 

Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik raketlər hazırlayacaq
Tarix: 17-07-2025 | Saat: 10:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik raketlər hazırlayacaq

Böyük Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik yeni raketlərin hazırlanması üzərində birgə işləyəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin açıqlamasında deyilir.
Açıqlama Almaniya kansleri Fridrix Mersin 17 iyulda Londona planlaşdırılan səfəri ərəfəsində yayılıb.

“Səfər çərçivəsində liderlər qarşıdakı onillikdə yüksək dəqiqlikli zərbə imkanlarının yaradılmasına dair yeni öhdəlik götürmək niyyətindədirlər. Yeni silahların sürətli hazırlanması Britaniya əhalisinin təhlükəsizliyini təmin edəcək, NATO-nun çəkindirmə qabiliyyətini gücləndirəcək, həmçinin Birləşmiş Krallığın və Avropanın müdafiə sənayesinə iri miqyaslı investisiyalarla töhfə verəcək. Yeni sistemin uçuş məsafəsi 2000 kilometrdən çox olacaq və bu, Britaniya tərəfindən yaradılmış ən müasir hərbi texnologiyalardan birinə çevriləcək”, – deyə məlumatda bildirilir.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər