Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik raketlər hazırlayacaq
Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik raketlər hazırlayacaq17-07-2025, 10:45. Yazar: Admin |
Böyük Britaniya və Almaniya 2 min kilometrdən artıq uçuş məsafəsinə malik yeni raketlərin hazırlanması üzərində birgə işləyəcək. “Səfər çərçivəsində liderlər qarşıdakı onillikdə yüksək dəqiqlikli zərbə imkanlarının yaradılmasına dair yeni öhdəlik götürmək niyyətindədirlər. Yeni silahların sürətli hazırlanması Britaniya əhalisinin təhlükəsizliyini təmin edəcək, NATO-nun çəkindirmə qabiliyyətini gücləndirəcək, həmçinin Birləşmiş Krallığın və Avropanın müdafiə sənayesinə iri miqyaslı investisiyalarla töhfə verəcək. Yeni sistemin uçuş məsafəsi 2000 kilometrdən çox olacaq və bu, Britaniya tərəfindən yaradılmış ən müasir hərbi texnologiyalardan birinə çevriləcək”, – deyə məlumatda bildirilir. Geri dön |