Saytımızı qiymətləndirin


 
 

Türkiyənin vitse-prezidenti: Çevrilişlərin tarixi 15 iyulla qapandı
Tarix: 16-07-2025 | Saat: 11:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Picture background

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz 15 iyul dövlət çevrilişinə cəhdin arxasında xaricdəki dairələrin durduğunu bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, Cevdet Yılmaz bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı təşkil etdiyi “Yaddaş, ədalət və gələcək” panelində bəyan edib.

Türkiyə vitse-prezidenti deyib ki, 15 iyulun arxa planına daha dərindən baxmaq lazımdır: “İlk öncə tariximizi unutmamalıyıq. Tarixi unudan xalqın gələcəyi olmaz. Çevrilişlərin tarixi 15 iyulla qapandı. 15 iyulda Türkiyə Böyük Millət Məclisi, Prezident Sarayı əsgər paltarı geyinmiş xainlər tərəfindən bombalandı. Bu iki məkanın bombalanması təsadüfi deyil. Düşmən belə parlamentləri bombalamaqdan yayınır, FETÖ terror təşkilatı isə əksini etdi. Çevrilişlər, çevrilişlərə cəhdlər xalqın iradəsinə qarşıdır, buna görə də bu, xaricdəki dairələrin, həmin dairələrin əlaltılarının milli iradəyə qarşı çıxmasıdır”.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər