İyulun 25-dən avqustun 6-dək Gürcüstan və ABŞ Müdafiə nazirliklərinin dəstəyi ilə Gürcüstan və Türkiyə “Agile Spirit 2025” çoxmillətli hərbi təliminə ev sahibliyi edəcək.
Qarabaginfo.az bildirir ki, təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan 2800-ə yaxın hərbçi iştirak edəcək. Ermənistan və Yaponiya müşahidəçi qismində qatılacaq.
Gürcüstanda əsas sınaq meydançaları Krtsanisi, Vaziani, Norio, Muxrovani və Senakidir. Təlimlərə zirehli texnika və təyyarələr, o cümlədən UH-60 Black Hawk və AS332 Puma helikopterləri cəlb olunacaq
Açılış iyulun 21-də Türkiyənin Adana şəhərində ABŞ-Türkiyə birgə hava-desant əməliyyatı ilə baş tutacaq. Məqsəd döyüş hazırlığını təkmilləşdirmək və müttəfiqlər arasında əməkdaşlığı gücləndirməkdir.