Saytımızı qiymətləndirin


 
 

Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib - Video
Tarix: 05-07-2025 | Saat: 11:47
Bölmə:Karusel / Region | çapa göndər

rusiyada-daha-iki-azerbaycanli-haqda-qerar-verilib

Rusiyanın Orenburq şəhər məhkəməsi “Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.

Qarabaginfo.az “RBC” portalına istinadən xəbər verir ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.

40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib. 

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun (“Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.

“Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin “qanuni oğru” kimi tanındığı deyilir. 

 

 



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər