Saytımızı qiymətləndirin


 
 

Moskva Yaxın Şərqdə eskalasiyanı dayandırmağa çağırış edib
Tarix: 24-06-2025 | Saat: 08:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Moskva Yaxın Şərqdə eskalasiyanı dayandırmağa çağırış edib

ABŞ və İsrailin İrana hücumları, Rusiya tərəfinin xəbərdarlıq etdiyi kimi, Yaxın Şərqdə və Fars körfəzində vəziyyətin kəskin gərginləşməsinə və radikal destabilləşməsinə gətirib çıxarır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı əsassız təcavüzü, rejimi dəyişdirmək, ölkənin suverenliyinə qəsd etmək, onun daxili işlərinə qarışmaq və İran xalqının taleyini özləri həll etmək üçün açıq cəhdləri BMT nizamnaməsini, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozur. Hadisələrin bu cür yolverilməz inkişafına dərhal son qoyulmalıdır.

“Biz bir daha silahlı eskalasiyanın yayılmasını dayandırmağa, təxribat xarakterli hərəkətlərdən və ritorikadan çəkinməyə çağırırıq. Bu gün həmişəkindən daha çox siyasi və diplomatik səylərə qayıtmaq və beynəlxalq hüquqa riayət etmək lazımdır. Məhz bu məqsədlər üçün Rusiya müxtəlif tərəflərlə ikitərəfli təmaslar zamanı BMT və AEBA platformalarında öz enerjili xəttini davam etdirəcək", -Rusiya XİN-nin bəyanında bildirilib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər