Kiyev Ukraynanın Donetsk vilayətində rus qoşunlarının növbəti müharibə qaydalarını pozmasını araşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu öz Telegram kanalında bildirib.
Söhbət Rusiya qüvvələrinin Pokrovsk istiqamətində beş ukraynalı hərbi əsirin güllələnməsindən gedir.
Prokurorluğun məlumatına görə, insident noyabr ayında, Rusiya qoşunlarının Petrovka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə basqın etdiyi vaxtda baş verib. Qəsəbə Rusiyanın payızda müəyyən uğurlar qazandığı Pokrovsk istiqamətində yerləşir.