Saytımızı qiymətləndirin


 
 

Prezident: Azərbaycan-Türkiyə qardaşlığı dünya miqyasında önəmli faktordur
Tarix: 19-06-2025 | Saat: 17:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışını edəcək - AzPost.info

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında da önəmli faktordur: “4 il öncə cənab Prezident Ərdoğanla Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi ilə bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinin yanında inamla, uğurlar irəliləyir”.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər
3-06-2025, 10:57 Andrey Yermak ABŞ-a gedir