Saytımızı qiymətləndirin


 
 

Rusiyanın dövlət televiziyası Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edib
Tarix: 18-06-2025 | Saat: 11:18
Bölmə:Karusel / Region | çapa göndər

Vladimir Solovyov

 

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

Qarabaginfo.az xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib.

Rusiya "propaqandaçısı" Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.

Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər