Saytımızı qiymətləndirin


 
 

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var– Bir şöbə ümumiyyətlə boşdur
Tarix: 22-05-2025 | Saat: 14:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Göyçay Rayon İcra Hakimiyyəti - İcra | Kataloq GoMap.Az

Göyçay RİH

Göyçay rayon İcra Hakimimiyyətində 8 vakan vəzifə var. AzPost İcra Hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir ki, hazırda başçının birinci müavini, başçının köməkçisi, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı, Vətən müharibəsi iştirakçiları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifələri boşdur.

Bundan başqa Memarlıq və tikinti şöbəsində ümumiyyətlə heç kim yoxdur. Belə ki, şöbə müdiri-baş memar, böyük məsləhətçi (mühəndis) və aparıcı məsləhətçi (mühəndis) ştatları boşdur.

Sənədlərlə və vətəndaşlarin müraciətləri ilə iş şöbəsində isə şöbə müdiri vəzifəsi vakant elan olunub./Azpost



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər