Saytımızı qiymətləndirin


 
 

Daha iki jurnalist koronavirusa yoluxdu
Tarix: 23-06-2020 | Saat: 15:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və ""Cebhe.info" xəbər portalı, "Cümhuriyət" qəzeti"nin əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.

 

Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar.

 

M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

 

Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.

 

Qeyd edək ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar.

 

Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.Musavat

 



Xəbəri paylaş

361 dəfə oxunub.

Digər xəbərlər